İtaliyada milli parlament seçkilərində səsvermə başlayır

25 Sentyabr 2022 09:49 (UTC+04:00)

Bələdiyyə məktəblərinin ərazisində təşkil olunmuş seçki məntəqələri saat 07:00-da (Bakı vaxtı ilə saat 09:00) açılıb və saat 23:00-dək (saat 01:00) fəaliyyət göstərəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, Apennin adasında seçki komissiyasının funksiyalarını yerinə yetirən Daxili İşlər Nazirliyinin məlumatına görə, seçki qutularına 46,1 milyon nəfərdən bir qədər çox vətəndaş dəvət olunub.