Sabah hava küləkli olacaq, yağış yağacaq

25 Sentyabr 2022 16:33 (UTC+04:00)

Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Lakin səhər yarımadanın bəzi yerlərində az çiskinli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Havanın temperaturu gecə 16-19° isti, gündüz 21-23° isti olacaq. Bakıda gecə 17-19° isti, gündüz 21-23° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi şərq rayonlarında az yağış yağacağı ehtimalı var.

Gecə və səhər saatlarında duman gözlənilir. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 25-30° isti, dağlarda gecə 4-7° isti, gündüz 8-13° isti olacaq.