Azərbaycan - Qazaxıstan oyunu başlayıb

25 Sentyabr 2022 20:00 (UTC+04:00)

Azərbaycan və Qazaxıstan yığmaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyunu başlayıb.

Aznews.az xəbər verir ki, "Dalğa Arena"dakı qarşılaşma saat 20:00-da start götürüb.

Görüşü Harm Osmersin başçılıq etdiyi almaniyalı hakimlər idarə edir.

Qrupun digər matçında Slovakiya Belarusla üz-üzə gəlir.