QHT Şirvanda qəbul keçirdi

25 Sentyabr 2022 20:50 (UTC+04:00)

24 sentyabr 2022 il tarixində Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Vətəndaşların pozulmuş hüquqlarının bərpası üçün hüquqi yardımların təşkili vasitəsi ilə hüquq sistemi və qanunun aliliyi prinsipinin bərqərar olmasına dəstək verilməsi” layihəsinin icrası çərçivəsində Şirvan şəhərində UNİON vəkil bürosu, vəkillər Orxan Abbasov, Rauf Əzimov, Qoşqar Bədirxanov vətəndaşların qəbulu həyata keçirilib.

Hüquqi yardıma ehtiyacı olan vətəndaşlara məsləhətlər verilmiş, onlar üçün müvafiq qurumlara müraciətlər, ərizə və şikayətlər tərtib edilmişdir.