Bakının Suraxanı rayonunda su kəsiləcək

26 Sentyabr 2022 09:53 (UTC+04:00)

Magistral su kəmərində baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasına görə bu gün Bakının Suraxanı rayonunun bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

AzNews.az bu barədə "Azərsu" ASC-yə istinadən xəbər verir.

Qurum narahatlıqla əlaqədar abonentlərdən üzr istəyib.