Ermənistan KTMT-nin Qazaxıstandakı təlimlərində iştirak etməyəcək

26 Sentyabr 2022 20:44 (UTC+04:00)

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstanda keçiriləcək təlimlərində iştirakdan imtina edib.

Aznews.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət nəzərə alınmaqla Ermənistan silahlı qüvvələrinin bölmələrinin KTMT-nin Qazaxıstanda keçiriləcək təlimlərində iştirakdan imtina edilməsi qərara alınıb.

Qeyd edək ki, Qazaxıstanda KTMT-nin çevik reaksiya qüvvələrinin təlimləri sentyabrın 26-dan oktyabrın 8-dək keçirilməsi planlaşdırılıb.