Hikmət Hacıyev ABŞ Müdafiə nazirinin müavini ilə təhlükəsizlik məsələlərini müzakirə edib

26 Sentyabr 2022 22:30 (UTC+04:00)

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ Müdafiə nazirinin siyasət məsələləri üzrə müavini Koln Kahl ilə görüşüb.

Aznews.az xəbər verir ki, bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyi məlumat yayıb.

Görüşdə Azərbaycan və ABŞ arasında ikitərəfli əməkdaşlıq münasibətləri, o cümlədən regional təhlükəsizlik məsələləri müzakirə olunub.