Türkiyə MN Vətən Müharibəsi şəhidlərinin xatirəsini anıb

27 Sentyabr 2022 18:15 (UTC+04:00)

Türkiyə Milli Müdafiə Nazirliyi 44 günlük müharibədə şəhid olan Azərbaycan hərbçilərinin xatirəsini anıb.

Aznews.az xəbər verir ki, bununla bağlı Nazirlik “Twitter“ hesabında paylaşım edib.

“Qəhrəman Azərbaycan Ordusunun 2 il əvvəl Qarabağda işğal altında olan torpaqların azad edilməsi üçün başladığı və 44 gün ərzində qələbə qazandığı şərəfli mübarizənin ildönümündə qəhrəman şəhidlərimizi rəhmət və ehtiramla yad edirik”, - paylaşımda deyilir.