"Şimal axını" qaz kəmərlərində partlayışlar qeydə alınıb

27 Sentyabr 2022 19:30 (UTC+04:00)

"Şimal axını 1" və "Şimal axını 2" qaz kəməri marşrutlarında iki partlayış qeydə alınıb.

Aznews.az xəbər verir ki, bu barədə İsveçin Milli Seysmik Şəbəkəsi bildirib.

Qeyd olunub ki, şəbəkənin ölçmə stansiyaları sentyabrın 26-da ayrı-ayrı vaxtlarda iki partlayış qeydə alıb. Bu faktlarla bağlı daha ətraflı araşdırmalar aparılır.

Partlayışlardan birinin maqnitudası 2,3 bala bərarər olub.

Qeyd edək ki, bu gün gecə saatlarından etibarən "Şimal axını" ilə Rusiyadan Şimali Avropaya qaz nəqli tammilə dayandırılıb.