Stoltenberq: NATO-nun Ukraynaya dəstəyi sarsılmazdır

27 Sentyabr 2022 21:45 (UTC+04:00)

Aznews.az xəbər verir ki, bu barədə Stoltenberq “Twitter“də bildirib.

“Prezident Zelenski ilə danışdım və NATO müttəfiqlərinin Ukraynanın suverenliyi və özünümüdafiə hüququna dəstəyimizin sarsılmaz olduğunu dedim. Rusiya tərəfindən keçirilən saxta referendumun legitimliyi yoxdur və bu, açıq şəkildə beynəlxalq hüququn pozulmasıdır. Bu torpaqlar Ukraynadır”, - NATO Baş katibi deyib.