S. Danielyan keçirilən mətbuat konfransında bildirib ki, Ermənistan cəmiyyəti baş nazir Nikol Paşinyanın 44 günlük müharibədə İranın hansı təkliflərindən imtina etdiyini bilsə, şoka düşəcək:
“Sual yaranır: niyə imtina edildi?”
Erməni ekspertin fikrincə, İrana qarşı yönəlmiş müharibədə Türkiyə, İsrail, İngiltərə də çıxış edir.
O, 2018-ci ildə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonun Ermənistana səfəri zamanı İranla sərhədin bağlanması təklifini xatırladıb:
“2018-ci ildə Ermənistana səfəri zamanı Bolton erməniləri stereotiplərdən qurtulmağa çağırıb, ABŞ-ın Ermənistan və ermənilərin Türkiyəyə münasibətində maraqlı olduğunu bildirib. Bolton indiki hakim rejimin Ermənistanda hakimiyyətə gəlməsini dəstəkləmək üçün ödəməli olduğu qiyməti deyib. Bu, 2018-ci ildə hakimiyyət dəyişikliyi üçün şərt idi”./APA