NATO Putinə müharibə ilə bağlı xəbərdarlıq etdi

28 Sentyabr 2022 10:37 (UTC+04:00)

NATO-nun baş katibi Yens Stoltenberq Avropa Parlamentində Sosialistlər və Demokratlar Qrupunun toplantısına qatılıb və çıxış edib.

Stoltenberq NATO-nun Ukraynadakı müharibə ilə bağlı iki missiyası olduğunu bildirib. Onlardan birinin Ukraynaya dəstək, digərinin isə münaqişənin böyüməsinin qarşısını almaq olduğunu vurğulayıb.

Stoltenberq xatırladıb ki, o, bu gün səhər üzv ölkələrin Milli Silah Direktorları ilə görüş keçirib və Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində müdafiə sənayesində istehsalın artırılması və müttəfiqlərin ehtiyatlarının doldurulması məsələlərini müzakirə edib.

Züriyə Qarayeva