İsrail Ukrayna referendumunun nəticələrini tanımayacaq

28 Sentyabr 2022 11:11 (UTC+04:00)

İsrail Ukraynanın şərqində rusiyayönümlü separatçıların nəzarəti altında olan qondarma Donetsk və Luqansk xalq respublikaları, Zaporojye və Xerson vilayətlərində keçirilən referendumları tanımayacaq.

AzNews.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, İsrail Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiqdir.

Züriyə Qarayeva