ABŞ vətəndaşlarını təcili olaraq Rusiyanı tərk etməyə çağırıb

28 Sentyabr 2022 14:31 (UTC+04:00)

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı diplomatik nümayəndəlik yayıb.

"ABŞ vətəndaşlarını Rusiyaya səfər etməməyə, hazırda bu ölkədə yaşayanları isə dərhal Rusiyanı tərk etməyə çağırır", - səfirlikdən bildirilib.