Qarabağda buğda istehsalı işə salınandan sonra Azərbaycan tələbatın yarısını təmin edə bilər

28 Sentyabr 2022 20:54 (UTC+04:00)

Aznews.az xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin departament rəhbəri Əmir Məmmədov "Kənd təsərrüfatında innovasiyalar: aqroparklar" adlı tədbirdə deyib.

Onun sözlərinə görə, yerli buğda istehsalı ölkə tələbatının təxminən 25 faizini təmin edir.

"Biz hər il 1-1,1 milyon ton buğda idxal edirik. Hesab edirik ki, Qarabağda buğda istehsalı işə salınandan sonra yerli istehsal daxili tələbatın yarısını təmin edə biləcək və idxal azalacaq", - Ə.Məmmədov deyib.