Əvvəlki illərdən bağlı qalmış 26 xüsusilə ağır cinayətin üstü açılıb

29 Sentyabr 2022 09:12 (UTC+04:00)

Azərbaycanda prokurorluq orqanları tərəfindən əvvəlki illərdən bağlı qalmış 26 xüsusilə ağır cinayətin üstü açılıb.

Bunu Baş prokurorun müavini, III dərəcəli ədliyyə müşaviri Heydər Məmmədov mediaya verdiyi müsahibəsində bildirib.

"Əvvəlki illərdən uzun müddət ərzində bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş 26 qəsdən adam öldürmə və digər xüsusilə ağır cinayətlərin açılması təmin edilib" - deyə Heydər Məmmədov qeyd edib.