Kraliça II Elizabetin ölüm səbəbi açıqlanıb

29 Sentyabr 2022 18:39 (UTC+04:00)

Britaniya Kraliçası II Elizabetin ölüm səbəbi açıqlanıb.

Aznews.az xəbər verir ki, bu gün Şotlandiyanın Milli Qeydiyyatlar qurumu Kraliça II Elizabetin ölüm şəhadətnaməsini yayıb.

Şəhadətnamədə II Elizabetin ölüm səbəbi qocalıq olaraq göstərilib.

Sənəddə qeyd olunub ki, o, sentyabrın 8-də Şotlandiyanın Balmoral qalasında Britaniya saatı ilə 15:10-da dünyasını dəyişib.

Sənədi onun qızı Şahzadə Anna imzalayıb.