ABŞ: İrana məxsus PUA-nı vurduq

29 Sentyabr 2022 16:35 (UTC+04:00)

ABŞ Ərbilə gedən İrana məxsus pilotsuz uçuş aparatının vurub.

AzNews.az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrin Mərkəzi Komandanlığından (CENTCOM) yazılı açıqlama verilib.

“Saat 14:10-da ABŞ qüvvələri Ərbilə doğru hərəkət edən İrana məxsus pilotsuz təyyarəni vurub”, - deyə məlumatda bildirilir.

Bu PUA-nın ABŞ Mərkəzi Qüvvələri üçün də risk yaratdığı qeyd edilib.

Digər tərəfdən, bəyanatda İran İnqilab Keşikçiləri Korpusunun İraqın Ərbil şəhərinə hücumu pislənilib.

Açıqlamada bu cür hücumların regionun təhlükəsizliyi və sabitliyini hədəfə aldığı vurğulanıb.

Züriyə Qarayeva