Ermənistan müdafiə xərclərini artırır

29 Sentyabr 2022 19:50 (UTC+04:00)

2023-cü ildə Ermənistanın müdafiə xərcləri 501,3 milyard dram (1,3 milyard dollar) təşkil edəcək.

Aznews.az “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu, gələn il üçün Ermənistanın dövlət büdcəsi layihəsində əks olunub.

Büdcə layihəsinə əsasən, Ermənistanın hərbi büdcəsi 40%-dən çox artacaq və tarixdə ilk dəfə olaraq bir milyard dolları ötəcək.