Eyni ilə prezidentlik uğrunda mübarizə aparan Bayden Azərbaycana qarşı 907-ci düzəlişi işə salmağı tələb edirdi. Prezident seçildikdən sonra isə 907-ci düzəlişi dondurmuş, 2022-ci ildə isə Azərbaycan prezidentinə qısa fasilələrlə bir neçə məktub göndərmişdir. 2021-ci il məktubunda Bayden ABŞ-ın Minsk qrupunun həmsədri kimi “münaqişənin uzunmüddətli siyasi həllinə dair danışıqlarda kömək etməyə sadiq qaldığını” bildirsə də, 2022-ci il məktublarında ABŞ-ın “regional barışığı təşviq etmək üçün Azərbaycanla birgə işləyəcəyi”, ABŞ-ın “Azərbaycanın müstəqilliyi və suverenliyinə öz dəstəyini bir daha təsdiq etdiyi” qeyd edilmişdir. 2021-ci ildə Azərbaycanı demokratiya sammitinə dəvət etməyən Bayden, 2022-ci il məktubunda “qanunun aliliyi və hesabatlılığın möhkəmləndirilməsi, Azərbaycan xalqının yaşayış standartlarının yüksəldilməsi” istiqamətində Azərbaycan Prezidentinin davamlı addımlarını alqışladığını bildirib.
Beləliklə, ABŞ-ın regional məsələlərdə xüsusi aktivlik nümayiş etdirməsi sülh prosesinin son mərhələyə qədəm qoymasından və Azərbaycanın 44 günlük müharibənin nəticələrini möhkəmləndirmə şansı əldə etməsindən xəbər verir.
Sülh sazişinin qısa zamanda imzalanması ABŞ-dan mövqeyini konkretləşdirmək, Azərbaycandan isə lazım gəldikdə bu mövqeyi diplomatik yollarla korrektə etmək tələb olunur.
Fərhad Məmmədov
Politoloq