BMT-dən İsrail-Fələstin bəyanatı

30 Sentyabr 2022 18:30 (UTC+04:00)

Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərq Sülh Prosesi üzrə Xüsusi Koordinatoru Tor Vennesland dünən İsrail ordusunun Cenin əməliyyatı zamanı çıxan qarşıdurmada 4 fələstinlinin öldüyünü, 40-dan çoxunun isə yaralandığını açıqlayıb.

“Mən bu mənfi tendensiyadan və işğal olunmuş İordan çayının qərb sahilində artan qeyri-sabitlikdən narahatam”, - Vennesland bildirib.

O tərəfləri mülki əhalinin gündəlik həyatına zərər vuran vəziyyətdən çəkinmək üçün hər cür səy göstərməyə çağırıb.

Züriyə Qarayeva