Milli Şuranın ABŞ səfəri təxirə salındı

5 İyul 2013 15:09 (UTC+04:00)
Milli Şuranın 4 nəfərlik nümayəndə heyətinin iştirakı ilə iyun ayının ortaları üçün nəzərdə tutulan Amerika səfəri təxirə salınıb.

Bu məlumatı AzNews.az-a Milli Şuranın üzvlərindən biri verib.

Məlumata görə, sözügedən səfər Milli Şuranın sədri, müxalifətin vahid namizədi Rüstəm İbrahimbəyov tərəfindən təxirə salınıb.

R.İbrahimbəyov bildirib ki, "uzaq səfərlərə ehtiyac yoxdur, bütün gücü Azərbaycana yönəltmək lazımdır". Milli Şura üzvləri də birmənalı olaraq, İbrahimbəyova dəstək verib.

Bununla bağlı əlaqə saxladığımız Milli Şura üzvü, politoloq Səfər Quliyev yalnız bir necə cümlə deməklə kifayətləndi: "Bu barədə dəqiq məlumat yoxdur. Yəqin ki, bununla bağlı yaxın günlərdə mətbuata açıqlama veriləcək".

Bahar Rüstəmli
AzNews.az