İlham Əliyev Sofiyada Rumıniyanın Baş naziri ilə görüşüb

1 Oktyabr 2022 11:56 (UTC+04:00)

Oktyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstana rəsmi səfəri çərçivəsində Sofiyada Rumıniyanın Baş naziri Nikolae-Yonel Çuke ilə görüşüb.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.