İlham Əliyev Rumıniyaya rəsmi səfərə dəvət olunub

1 Oktyabr 2022 13:20 (UTC+04:00)

Rumıniyanın Baş naziri Nikolae-Yonel Çuke Azərbaycan Prezidenti İlham Əliyevi ölkəsinə rəsmi səfərə dəvət edib.

Aznews.az xəbər verir ki, o, bu barədə oktyabrın 1-də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Bolqarıstanın paytaxtı Sofiyada görüşü zamanı bildirib.

Rumıniyanın Baş naziri dövlət başçısını ölkəsinə rəsmi səfərə dəvət edib. Öz növbəsində Prezident İlham Əliyev Rumıniyanın Baş nazirini Azərbaycana səfərə dəvət edib.