Yunanıstanın energetika naziri Azərbaycana bu ay səfər edəcək

3 Oktyabr 2022 22:50 (UTC+04:00)

Yunanıstanın ətraf mühit və energetika naziri Kostas Skrekasın Azərbaycana səfərinin tarixi dəqiqləşib.

Aznews.az xəbər verir ki, yunan nazirin Azərbaycana səfəri oktyabrın 18-də baş tutacaq.

O, səfər çərçivəsində Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşəcək.

Kostas Skrekasın digər şəxslərlə də görüşü nəzərdə tutulub./Apa