Böyük Britaniyanın Məhsa Əmininin ölümü ilə bağlı açıqlamalarına görə İran ölkənin Tehrandakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.
İranın “Tasnim” xəbər agentliyi məlumat yayıb.
Mahsa Əmininin ölümündən sonra başlayan etirazlarla bağlı İngiltərədən verilən açıqlamalara görə İran İngiltərəyə nota verib.
Qeyd edək ki, 22 yaşlı Mahsa Əmininin hicab qaydalarına əməl etmədiyi səbəbilə saxlanıldıqdan sonra vəfat etməsi dünyada böyük reaksiyalara səbəb olub, İranda keçirilən etiraz aksiyalarında çox sayda nümayişçi həyatını itirib.
İranın ali lideri Əli Xamenei ölkədəki nümayişlərə görə ABŞ və İsraili günahlandırıb.
Züriyə Qarayeva