Əli Əsədov Rusiyaya səfər edib

5 Oktyabr 2022 19:45 (UTC+04:00)

Sentyabrın 5-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov Rusiya Hökumətinin sədri Mixail Mişustinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gəlib.

Aznews.az xəbər verir ki, Nazirlər Kabinentindən verilən xəbərə görə, səfər çərçivəsində Baş nazir Moskva şəhərində 2-ci Xəzər İqtisadi Forumunda iştirak edəcək, həmçinin bir sıra Xəzəryanı ölkələrinin hökumət başçıları ilə ikitərəfli görüşlər keçirəcək.