Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Ukraynanın Astanadakı səfirinin rəsmi tədbirlərdə iştirakını tənqid etməsi Qazaxıstanla Rusiya arasında böhrana səbəb olub.
Qazaxıstan Xarici İşlər Nazirliyindən verilən açıqlamada Rusiya səfirinin görüş üçün nazirliyə çağırıldığı bildirilib.
“Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Zaxarovanın bərabərhüquqlu strateji tərəfdaşlıq ruhuna uyğun gəlməyən bəyanatını müzakirə etdik. Görüş olduqca gərgin keçdi”, - deyə bəyanatda bildirilib.
Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Aybek Smadiyorov Zaxarovanın bəyanat tonunun Qazaxıstan və Rusiya arasında strateji müttəfiqlik münasibətlərinin xarakterinə uyğun gəlmədiyini deyib.
Züriyə Qarayeva