«Müsəlman qardaşlar»ın liderləri azad edildi

6 İyul 2013 07:04 (UTC+04:00)
Misir baş prokurorluğunun qərarı ilə həbs olunmuş "Müsəlman qardaşlar" hərəkatının liderləri Səad əl-Katatni və Rəşad Bayyumi azad ediliblər. Bu barədə APA "Sky News Arabia" telekanalına istinadən məlumat yayır.

Bir müddət əvvəl "Müsəlman qardaşlar"ın ali lideri Məhəmməd Badianın da azadlıqda olduğu məlum olub.

Liderlərin azad olunmasının təfərrüatları barədə məlumat verilmir.

AzNews.az