Ukrayna Prezidenti Qətər Əmiri ilə danışıb

10 Oktyabr 2022 14:06 (UTC+04:00)

Ukrayna Prezidenti Volodimir Zelenski ilə Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani arasında telefon danışığı olub.

Ukrayna dövlət başçısı bu barədə tviterdə yazıb.

Onlar BMT və digər beynəlxalq platformalarda gələcək birgə addımları müzakirə ediblər.

Zelenski Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə görə Qətər Əmirinə minnətdarlığını bildirib.