“Ukraynanı dəstəkləməyə və Rusiya rejimini məsuliyyətə cəlb etməyə davam edəcəyik”.
Aznews.az xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tviterdə yazıb.
O bildirib ki, Rusiyanın paytaxt Kiyevə və Ukraynanın digər şəhərlərinə qarşı dəhşətli hücumları Kremlin çarəsizliyini göstərir: “Bu hücumlar müharibə cinayətidir”.
Qeyd edək ki, oktyabrın 10-da Rusiya Ukraynanın paytaxtı Kiyev şəhərini və digər vilayətləri raket atəşinə tutub. Nəticədə 11 nəfər ölüb, 87 nəfər yaralanıb.