Bakıdan İrəvana növbəti çarter reysi

6 İyul 2013 07:39 (UTC+04:00)
ATƏT-in fəaliyyətdə olan sədri Bakıya gəlir

Gələn həftə ATƏT-in fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Leonid Kojarın Cənubi Qafqaza səfəri planlaşdırılır. O əvvəlcə Bakıya, daha sonra isə İrəvana səfər edəcək. Bundan əvvəl Tbilisiyə səfər edən ATƏT sədrinin Azərbaycan və Ermənistana səfəri məhz o zaman nəzərdə tutulsa da, texniki problemlərdən bu, mümkün olmamışdı.

Leonid Kojar iyulun 8-də Bakıda rəsmi görüşlər keçirəcək. Azərbaycanla ATƏT arasında əməkdaşlıqla yanaşı Dağlıq Qarabağ münaqişəsinin həlli yolları ətrafında da müzakirələr aparılacaq.

Erməni mətbuatı bu səfərə diqqət çəkərək ATƏT sədrinin iyulun 8-i axşam saatlarına İrəvana uçacağını bildirib. Erməni mətbuatının yazdığına görə Kojar Bakıda İrəvana təyyarə ilə gedəcək.

İrəvandakı "Zvartnoş" aeroportunda bu məlumatı nə təsdiq, nə də inkar ediblər. "Aeroporta gələn istənilən reysə xidmət göstəriləcək" deyə aeroportdan açıqlama verilib.

Elnarə
AzNews.az