“Əli Kərimliylə İsa Qəmbərin bir-birinə nifrəti...”

6 İyul 2013 08:34 (UTC+04:00)
Tanınmış jurnalist, "Azadlıq" qəzetinin köşə yazarı Elnur Astanbəyli "Bizim Yol" qəzetinə verdiyi müsahibədə Milli Şura və onun vahid namizədi Rüstəm İbrahimbəyov barədə bir sıra maraqlı fikirlər səsləndirib.

AzNews.az-ın məlumatına görə, R.İbrahimbəyovun namizədliyinin başqa ölkənin layihəsi olduğu ilə bağlı iddialara münasibət bildirən E.Astanbəyli deyib ki, İbrahimbəyovun namizədlik ssenarisi Əli Kərimli ilə İsa Qəmbərin bir-birlərinə hələ də səbəbi çoxuna bəlli olmayan aqressiyasının, güzəştsizliyinin məhsuludur.

Jurnalistin fikrincə, İctimai Palatada iki partiya bir-birinə güzəştə getmədisə burada R.İbrahimbəyovun günahı yoxdur: "İki lider bir-birinin əlini sıxıb, oradan vahid namizəd çıxarda bilmədisə, illərlə bir-biriylə "didişən" adamları bir masa ətrafına hardansa bir Rüstəm İbrahimbəyov gəlib oturtdusa, bunda Rüstəm İbrahimbəyovun nə günahı var?"

E.Astanbəyli "Əli Kərimliylə İsa Qəmbərin bir-birinə bəslədikləri nifrəti hakimiyyətə nifrətlərindən daha çox" olmasının R.İbrahimbəyovun problemi olmadığını deyib.

Anar
AzNews.az