İraqda prezident seçkilərinin ikinci turu keçirilir

14 Oktyabr 2022 11:05 (UTC+04:00)

İlk turda 277 deputat səs verib.

Kürdüstan Vətənpərvərlər Birliyinin (KVB) namizədi və hazırkı prezident Barhem Salih 99 səs aldığı halda, KVB üzvü olan, lakin müstəqil olaraq seçkiyə qatılan Əbdüllətif Rəşid 157 səs toplayıb.

329 yerlik İraq parlamentində ilk turda prezidenti seçmək üçün 220 deputat tələb olunurdu. Bu gün keçiriləcək prezident seçkilərinin ikinci turunda ən çox səs toplayan namizəd yarışda qalib gələcək. İraqda 2003-cü ildən sonra qurulan siyasi bərabərliyə görə, prezident kürdlər arasından seçilir.

Züriyə Qarayeva