İran Böyük Britaniya səfirini XİN-ə çağırıb

14 Oktyabr 2022 11:19 (UTC+04:00)

İran Böyük BritaniyanınTehrandakı səfirini Xarici İşlər Nazirliyinə çağırıb.

AzNews.az xəbər verir ki, bu barədə İran XİN məlumat yayıb.

Bildirilib ki, Böyük Britaniyanın İran rəsmilərinə qarşı tətbiq etdiyi özbaşına və əsassız sanksiyalara görə İngiltərə səfiri Saymon Şerklif nazirliyə çağırılıb.

Bəyanatda Böyük Britaniyanın sanksiyalarının “İranın daxili işlərinə müdaxilə” olduğu və Tehranın etirazının Britaniya səfirinə çatdırıldığı bildirilib.

Açıqlamaya görə, Şerklif İranın sanksiyalara cavab vermək hüququnu özündə saxladığını xatırladıb. Britaniya səfiri vəziyyəti dərhal Londona bildirəcəyini bildirib.

İngiltərə Mahsa Əminin ölümündən sonra ümummilli etirazlara müdaxilə edən bəzi İran təhlükəsizlik rəsmilərinə qarşı sanksiyalar tətbiq etdiyini açıqlayıb. Sanksiya siyahısına İran İnqilab Keşikçiləri Korpusunun Əsas Qüvvələr Komandanı Qulam Rza Süleymani, Polis Xidmətinin rəisi Hüseyn Esteri və İran Polis Xüsusi Qüvvələri Komandanlığının rəisi Həsən Keremi də daxildir.

Züriyə Qarayeva