İmişlidə ev yandı

6 İyul 2013 09:25 (UTC+04:00)
İmişlidə yaşayış evi yanıb.

AzNews.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, İmişli rayonu, Sarıxanlı kəndində (rayon mərkəzindən 28 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 170 kv.m olan birmərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 170 kv.m sahədə və ev əşyaları qismən yanıb. Yaxınlıqdakı köməkçi tikili yanğından mühafizə olunub. Yanğın saat 20:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzNews.az