İraqda qanlı gecə: 28 ölü

6 İyul 2013 09:16 (UTC+04:00)
İraqda törədilən terror 28 nəfərin ölümü 70-dən çox insanın yaralanması ilə nəticələnib.

Gün ərzində ölkənin müxtəlif şəhərlərində törədilən terroru hələ ki heç bir qruplaşma öz boynuna götürməyib. Təkcə ölkənin paytaxtı Bağdadda məsciddə partladılan bomba 20 nəfərin dünyasını dəyişməsi ilə nəticələnib. Samirədə yol kənarında naməlum avtomobilin partladılması nəticəsində 3, Kutda isə 5 nəfər həlak olub.

Hazırda törədilən terrorla bağlı araşdırılma aparılır.


Aynur Hüseynova
AzNews.az