Putin səfərbərliyi dayandırır

14 Oktyabr 2022 17:24 (UTC+04:00)

“Qismən səfərbərlik demək olar, başa çatıb”.

Bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

O bildirib ki, proses 2 həftəyə tamamilə bitəcək.

Dövlət başçısı həmçinin bu qərara görə peşman olmadığını vurğulayıb.

“Artıq 222 min nəfər səfərbərliyə cəlb olunub”, - Putin söyləyib.

Qeyd edək ki, Rusiyada qismən səfərbərlik sentyabrın 21-də elan olunmuşdu.