Bakıda kafedə 28 yaşlı oğlan bıçaqlanıb

18 Oktyabr 2022 09:15 (UTC+04:00)

Bakıda kafedə 28 yaşlı oğlan bıçaqlanıb.

Hadisə oktyabrın 17-si saat 04:35 radələrində paytaxtın Nərimanov rayonu, A.Nemətulla 23 ünvanında yerləşən kafedə qeydə alınıb.

Belə ki, Abdullayev Türkel Vəli oğlu tanışı, 1994-cü il təvəllüdlü Səmədov Orxan Yediyar oğlunu bıçaqla vuraraq ağır bədən xəsarətləri yetirib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində Cinayət Məclləsinin 126-cı (Qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.