Avstraliya Qüdsü İsrailin paytaxtı kimi tanımayacaq

18 Oktyabr 2022 12:22 (UTC+04:00)

Avstraliyanın xarici işlər naziri Penni Vonq əvvəlki hökumətin Qərbi Qüdsü İsrailin paytaxtı kimi tanımaq qərarının ləğv edildiyini açıqlayıb.

Vonq Qüdsün İsrail və Fələstin xalqı arasında istənilən sülh danışıqlarının bir hissəsi kimi həll edilməli olan yekun status məsələsi olduğunu deyib.

Bildirib ki, Avstraliya İsrail və Fələstinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində sülh və təhlükəsizlik şəraitində birgə yaşadığı iki dövlətli həll yoluna sadiqdir.

"Bizim səfirliyimiz həmişə Təl-Əvivdə olub və bundan sonra da olacaq" ,- deyə o bildirib.

Qeyd edək ki, Avstraliyada Skott Morrisonun rəhbərlik etdiyi hökumət 2018-ci ildə Qərbi Qüdsü İsrailin paytaxtı kimi rəsmən tanıyıb.

Züriyə Qarayeva