Depuatat Fəzail Ağamalı Müstəqilliyin Bərpası Günü münasibətilə paylaşım edib

18 Oktyabr 2022 14:56 (UTC+04:00)

Millət Vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə facebook hesabında paylaşım edib.

Paylaşımda deyilir:

"18 Oktyabr Müstəqilliyin Bərpası Günüdür.

Tarixi mərhələlərdə Azərbaycan xalqı Müstəqil olmaq ideyalarını heç zaman unutmamış, nəsildən – nəsilə ötürmüşdür. Müstəqilliyimizin bərpası gününü biz artıq uzun müddət işğala məruz qalan torpaqlarımızın azad edilməsi ilə bütöv Azərbaycan çərçivəsində qeyd edirik. Belə bir tarixi bizə yaşadan Müzəffər Ali Baş Komandanımıza və Qəhrəman əsgər və zabitlərimizə minnətdarlıq ifadə edir, bu Zəfəri bizə yaşadan Şəhidlərimizə rəhmət diləyir, qazilərimizə can sağlığı arzu edirəm".