“Arvadım başqa kişilərin qucağında olanda da məni sevir“

6 İyul 2013 16:10 (UTC+04:00)
Bu ailə İngiltərə mediasının əsas mövzularından birinə çevrilib

Çünki Birmingemdə yaşayan, 3 il əvvəl evlənmiş Kreyq və Cennifer Çalmerslər əcaib qərar veriblər.

Onlar "darıxdıqları" üçün pornoqrafik filmlərə çəkilməyə başlayıblar.

Milli.Az The Sun-a istinadən bildirir ki, Birmingem Universitetinin marketinq və biznes idarəetməsi fakültəsini bitirmiş Cenniferlə 32 yaşlı Kreyq 2010-cu ildə Şotlandiyanın Edinburq şəhərində evlənmişdilər.

"7 il nüfuzlu şirkətlərdən birinin ofisində çalışdım, yaxşı təcrübə topladım. İşimdə yüksəlirdim. Lakin bir ofisdə qapalı qalmaq, hər gün 8-9 saat bir yerdə çalışmaq məni usandırdı. Teatr aktyoru olan ərim də turnelərdə, qastrollarda idi, bir-birimizi görə bilmirdik. İndi məşğul olduğum işi, təbii ki, valideynlərim təqdir etmirlər. Amma özümü əla hiss edirəm", - deyə Cennifer Çalmers bildirib.

Ərlə arvad indi pornoqrafik filmlərə çəkilirlər. Cenniferin sözlərinə görə, pornofilmlərə çəkilmək fikrinə Meksikada istirahətdə olanda gəliblər:
"Orada pornofilm prodüseri olan amerikalı ilə tanış olduq və bu işlə məşğul olmağa qərar verdik. "Yaxşı işdir" dedi və bir-iki sınaq səhnəyə çəkilmək fikrinə gəldik. Xoşumuza gəldi. Beləcə, pornofilmlərə çəkilməyə başladıq".

İngiltərənin məşhur teatr aktyorlarından olan Kreyq Çalmers isə bunları deyib: "Səhnədən vaz keçməmişəm, amma indi pornofilmlərdə çəkilmək mənə daha maraqlı gəlir. Xüsusilə də kamera qarşısında arvadımla sevişmək mənə ləzzət verir.

Arvadım başqa kişilərlə olanda xoşuma gəlir. Buna normal baxıram. İşdir, problem görmürəm. Avradımın məni sevdiyini bilirəm. Eşq ayrı, seks ayrı. Seks, sadəcə seksdir. Arvadım başqa kişilərin qucağında olanda da məni sevir".

Ərlə arvad pornoqrafik filmlərə çəkilişlərdən əldə etdikləri gəlirləri açıqlamaq istəməyiblər.

AzNews.az