Yolun kənarı ilə gedən qadını avtomobil vurub öldürdü - FOTO

20 Oktyabr 2022 16:27 (UTC+04:00)

Türkiyənin Konya şəhərində avtomobil 74 yaşlı qadını vurub.

AzNews.az xəbər verir ki, hadisə nəticəsində yaralanan Hacer Mukaddes Yanılmazer xəstəxanaya aparılıb.

Həkimlərin səylərinə baxmayaraq o həyatını itirib.

Hadisə bir evin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Görüntülərdə arxadan gələn avtomobilin qəfildən istiqamətini dəyişdirərək yolun kənarı ilə gedən qadını vurması əks olunub.

Pərvanə