Bakıdan Volqoqrada aviareys açılır

6 İyul 2013 12:36 (UTC+04:00)
"Azərbaycan Hava Yolları" QSC (AZAL) Rusiyanın daha bir şəhərinə birbaşa aviareys açır.

AZAL-ın xidmət rəisi Məhərrəm Səfərlinin "APA-Economics"ə verdiyi məlumata görə, aviaşirkət uçuş coğrafiyasını mütəmadi olaraq genişləndirir: "İyulun sonu-avqustun əvvəlində AZAL Bakı-Volqoqrad marşrutu üzrə birbaşa uçuşlara başlayacaq. Uçuşlar aviaşirkətin yeni aldığı "Embraer-190" tipli avialayneri ilə yerinə yetiriləcək".

Qeyd edək ki, hazırda AZAL Rusiyanın Moskva, Sankt-Peterburq, Yekaterinburq, Novosibirsk, Rostov və Minvodı kimi şəhərlərinə birbaşa uçuşlar həyata keçirir.

AzNews.az