Naringi ağacları ikinci dəfə bar gətirdi- Video

6 İyul 2013 18:40 (UTC+04:00)
Lənkəran rayonunun Sinovli kənd sakini Şaiq Rzayevin təsərrüfat sahəsində qeyri adi hadisə baş verib. Belə ki, noyabr ayında məhsul verməli olan naringi ağacları ilin bu vaxtında da bar gətirib.

56 yaşlı Şaiq Rzayev CTV kanalına açıqlamasında bildirib ki, 35 ildi ki, təsərrüfatla məşğuldur. 20 sotdan çox həyatyanı torpağı olan Şaiq kişi təsərrüfatında müxtəlif sitrus bitkiləri də becərir. Hazırda bar verən naringi ağaclarını isə 1982-ci ildə əksə də, belə hadisə ilə ilk dəfədir ki, qarşılaşır. Şaiq kişi deyir ki, qışda çiçəklənənləri hamısı kəsib tökürük yerə ki, ağaca güc düşməsin.




Elvin CanTuran
AzNews.az