İranda etiraz aksiyaları davam edir

22 Oktyabr 2022 14:34 (UTC+04:00)

İranda bu gün də bir sıra məkanlarda, universitetlərdə hökumət əleyhinə etiraz aksiyaları başlayıb.

Məlumata görə, bir sıra universitetlər, o cümlədən Tehranın “Şəhid Beheşti” Universiteti, Yəzd Universitetində etiraz aksiyaları davam edir.

Bundan başqa İranın bir sıra şirkətlərinin qarşısında etiraz aksiyaları keçirilir. Hazırda Təbriz şəhərində “Aydın” şokolad istehsalı şirkətinin qarşısında işçilər sosial durumla əlaqədar etiraz aksiyası keçirirlər.

Qeyd edək ki, 16 sentyabrda Tehranda 22 yaşlı Məhsa Əmininin Tehranın əxlaq polisi əməkdaşları tərəfindən öldürülməsinə etiraz olaraq bir neçə gün sonra İranın bir neçə şəhərində aksiyalar keçirilməyə başlayıb. M.Əmini şəriət normalarına riayət olunmasına nəzarət edən əxlaq polisinin xüsusi dəstəsi tərəfindən saxlanılıb. Gənc qız İran qanunlarına əsasən hicaba düzgün riayət etməməkdə ittiham edilib.

Bundan başqa İranda sosial-ictimai durumla əlaqədar müxtəlif şirkətlər, neft-kimya şirkətlərinin işçiləri də etirazlara qoşulublar.

Trend