Sərnişin avtobusu piyadanı vurdu - Bakıda
6 İyul 2013 16:24 (UTC+04:00)
Bakıda sərnişin avtobusu piyadanın ölümü ilə nəticələnən yol qəzası törədib.
AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, iyulun 5-də saat 22.00 radələrində Səbail rayonu Salyan yolu küçəsində Xırdalan şəhər sakini Əsgər Məmmədov idarə etdiyi "Daewoo" markalı xətt avtobusu ilə yolu keçən 65-70 yaşlı kişini vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Faktla bağlı araşdırma aparılır.
AzNews.az