Ermənistan ordusunun əsgəri intihar etdi

6 İyul 2013 16:29 (UTC+04:00)
Ermənistan ordusunun əsgəri intihar edib.

Bu barədə APA Ermənistan mətbuatına istinadən məlumat yayıb.

Hadisə iyulun 5-i saat 22:10 radələrində baş verib. Ermənistan Ordusunun hərbi hissələrindən birinin əsgəri Qabriel Lalazaryanın meyiti döşəkağından asılı vəziyyətdə tapılıb.

İntihar faktı Ermənistanın Müdafiə Nazirliyi tərəfindən də təsdiqlənib.

AzNews.az