Gələn il seçkilər üçün 30 milyon manatdan çox vəsait ayrılacaq

25 Oktyabr 2022 11:30 (UTC+04:00)

Gələn il seçkilərin keçirilməsi və statistika tədbirləri üçün ayrılacaq vəsait açıqlanıb.

Aznews.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, 2023-cü il dövlət büdcəsindən seçkilərin keçirilməsi və statistika tədbirləri üçün 30 531 015 manat vəsait ayrılması proqnozlaşdırılır.

Aznews.az