Hafiz Məmmədov oğluna toy edir

6 İyul 2013 18:43 (UTC+04:00)
Azərbaycanlı iş adamı, "Bakı" futbol klubunun prezidenti Hafiz Məmmədov oğluna toy edir.

Axşam.az-ın məlumatına görə, Hafiz Məmmədovun oğlu Kənan "Nurgün Motors" şirkətinin prezidenti Nuru Əliyevin qızı ilə ailə həyatı qurur.

"Buta Palace"da baş tutacaq toy mərasimində dünyanın bir çox məşhur müğənniləri , o cümlədən PSY və Tarkanın iştirakı gözlənilir.

Qeyd edək ki, Kənan Məmmədov Xorvatiyanın Azərbaycandakı fəxri konsuludur.

AzNews.az